HƏMAS: Bu, İslam ümmətinə qarşı rəzil xəyanətdir!

HƏMAS: Bu, İslam ümmətinə qarşı rəzil xəyanətdir!

İsrail rejimi ilə münasibətlərin normallaşdırılması təkcə Fələstin xalqının mübarizəsinə qarşı yox, həm də bütün İslam ümmətinə qarşı rəzil xəyanətdir.

Az.rasthaber.com “palinfo”-ya istinadən xəbər verir ki, bu barədə Fələstin İslami Hərəkatının (HƏMAS) mətbuat katibi Əbdül-Lətif əl-Kanu bildirib.

O, sözügedən prosesi arxadan vurulan zərbə adlandırıb və qeyd edib ki, bununla belə bu, Fələstin xalqının öz haqq mübarizəsinin qarşısını ala bilməyəcək.

Biz ərəb və müsəlman xalqlarını bizim aramızda baş verən “normallaşma” adlı dəyişikliklə amansız mübarizəyə təkrar-təkrar səsləyirik”, - deyə HƏMAS rəsmisi qeyd edib.

Bizim xalqımız “normallaşma” sazişləri və sionist rejimin təcridi ləğv edilənək onların hamısı ilə mübarizəni davam etdirəcək!”, - deyə əl-Kanu əlavə edib.

O deyib ki, “müqavimət fələstinlilərin azadlığı uğrunda mübarizə aparmaq üçün bütün qanuni haqlara sahibdir”.

Xəbəri paylaş

VİDEOLAR