HƏMAS rəsmi Londonun Fələstin hərəkatını terror təşkilatları siyahısına əlavə etmək qərarına cavab olaraq Böyük Britaniyanı məhkəməyə verəcək.
Az.rasthaber.com AA-ya istinadən xəbər verir ki, bu barədə Fələstin İslami Müqavimət Hərəkatının siyasi bürosunun üzvü Musa Əbu Mərzuk bildirib.
O qeyd edib ki, HƏMAS Britaniya rəhbərliyinin bu qərarının ləğvinə nail olmaq üçün müxtəlif qurum və təşkilatlarla əməkdaşlıq edir, vəkillər rəsmi Londonu məhkəməyə verməyə hazırlaşırlar.
“Biz britaniyalı vəkillərlə qərarın ləğvinə nail olmağa kömək edəcək strategiya üzərində işləyirik”, - deyə o əlavə edib.
Həmçinin oxuyun: Britaniyadan utancverici addım: HƏMAS terror təşkilatı elan ediləcək