Müqavimət işğalçı İsrail rejimi üzərində qələbə əldə edənədək mübarizəsini dayandırmayacaq.
Az.rasthaber.com xəbər verir ki, bu baradə Fələstin İslami Müqavimət Hərəkatının (HƏMAS) mətbuat katibi Fauzi Bərhum bildirib.
“Bu torpaqlarda haqqın qələbəsinə dair vəd yerinə yetiriləcək. Qəzzadakı Müqavimət işğal ilə qarşıdan gələn həlledici döyüşlərə hazırlaşır. Biz əl-Əqsanı geri qaytaracağıq və oraya xilaskarlar kimi daxil olacağıq”, - deyə o qeyd edib.
Onun sözlərinə görə, “Şəhid İzzəddin əl-Qəssam adına Briqada” və Müqavimətin digər fraksiyalarının hərbi qanadları addım-addım bu məqsədə doğru irəliləyir və 4 qələbə də bunun göstəricisidir.
Bərhum Fələstin xalqının mübarizəsinin əsla dayanmayacağına dair vəd verib.