HƏMAS: Beynəlxalq ictimaiyyət Amerikanın ədalətsiz iradəsinə qarşı çıxmalıdır

HƏMAS: Beynəlxalq ictimaiyyət Amerikanın ədalətsiz iradəsinə qarşı çıxmalıdır

HƏMAS yaydığı bəyanatda Fələstin xalqının öz müqəddəratını təyinetmə hüququnun BMT-nin Baş Assambleyasında təsdiqlənməsini alqışlayıb və bu qərarların həyata keçirilməsi üçün beynəlxalq ictimaiyyəti əməli fəaliyyətə çağırıb.

Az.rasthaber.com xəbər verir ki, HƏMAS-ın bəyanatında bildirilir: “Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının Fələstin xalqının öz müqəddəratını təyin etmək hüququnu təsdiq edən qətnaməsinin dünyanın 172 ölkəsinin əksəriyyəti tərəfindən qəbul edilməsini alqışlayırıq.”

HƏMAS vurğulayıb: “Biz beynəlxalq ictimaiyyəti, Birləşmiş Millətlər Təşkilatını və onun qurumlarını Amerikanın ədalətsiz iradəsini qırmağa, bu qərarları həyata keçirmək üçün əməli addımlar atmağa və təcavüzün dayandırılması üçün təzyiq göstərməyə çağırırıq.”

Xəbəri paylaş

VİDEOLAR