HƏMAS BƏƏ-ni xəyanət və satqınlıqda ittiham etdi

HƏMAS BƏƏ-ni xəyanət və satqınlıqda ittiham etdi

Fələstin İslami Müqavimət Hərəkatının (HƏMAS) rəhbərlərindən biri İsmayıl Rizvan İsrail rejimi baş naziri Naftali Bennetin BƏƏ-də rəsmi qəbulunu pisləyib.

Az.rasthaber.com “palinfo”-ya istinadən xəbər verir ki, o, bunu BƏƏ rejiminin “milli və əxlaqi tənəzzülünün” göstəricisi adlandırıb.

HƏMAS rəsmisinin sözlərinə görə, İsrail kimi cinayətkar və işğalçı rejimin başçısının qarşılanması “Əmirliklərin Fələstindən imtinası” və “sionist rejimlə onun Fələstinin xalqı və müqəddəs məkanlarına qarşı təcavüzündə əlbirlik” deməkdir.

Rizvan qeyd edib ki, sözügedən səfər İsrail rejiminin Fələstin xalqına qarşı törətdiyi qətl və terrorların artmasının, həmçinin işğal edilmiş Fələstin torpaqlarının yəhudiləşdirilməsinin fonunda baş verib.

“BƏƏ hakimiyyətinin İsrail rejimi ilə artmaqda olan normallaşması xalqımıza qarşı xain zərbə və Fələstin məsələsi və ümmətə qarşı xəyanətdir. Bu, İsrail rejiminə Fələstin torpaqlarında qanunilik verməyəcək”, - deyə o əlavə edib.

Xəbəri paylaş

VİDEOLAR