HƏMAS Ayətullah Xameneinin Haniyə ilə görüşü barədə Reuters-in xəbərini təkzib edib

HƏMAS Ayətullah Xameneinin Haniyə ilə görüşü barədə Reuters-in xəbərini təkzib edib

HƏMAS İslam İnqilabının Rəhbəri Ayətullah Seyid Əli Xamenei və HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə ilə görüşü ilə bağlı Reuters agentliyinin xəbərini təkzib edib.

Az.rasthaber.com xəbər verir ki, dünən (çərşənbə) verdiyi bəyanatda HƏMAS hərəkatın siyasi bürosunun rəhbəri İsmayıl Haniyənin noyabrın əvvəlində Tehranda İran İslam İnqilabının Rəhbəri Ayətullah Seyid Əli Xamenei ilə görüşü barədə Reuters-in dərc etdiyi məlumatları təkzib edib.

Hərəkat öz bəyanatında "İslami Müqavimət Hərəkatı (HƏMAS) olaraq bu xəbərdə deyilənlərin doğruluğunu rədd edirik. Yalan xəbərin dərcindən təəssüflənirik və agentliyi xəbərin doğruluğunu araşdırmaya çağırırıq".

Ayətullah Xamenei noyabrın əvvəlində Tehrana gələn Həmas Siyasi Bürosunun sədri İsmayıl Haniyə və onu müşayiət edən nümayəndə heyəti ilə görüşüb.

Bu görüşdə HƏMAS Siyasi Bürosunun rəhbəri Qəzzada son hadisələr, sionist rejimin törətdiyi qətllər və İordan çayının qərb sahilindəki hadisələrlə bağlı hesabat təqdim edib.

İslam İnqilabının Rəhbəri Həzrət Ayətullah Xamenei bu görüşdə bir daha Qəzza xalqının səbr və qətiyyətini yüksək qiymətləndirdiyini bildirib və sionist rejimin ABŞ və bəzi Qərb ölkələrinin dəstəyi ilə törətdiyi qətliamları qətiyyətlə pisləyib.

Ayətullah Xamenei həmçinin İran İslam Respublikasının sionist işğalçılara qarşı Fələstin müqavimət qüvvələrini dəstəkləmək üçün əsas siyasətini vurğulayaraq qeyd edib ki, İslam ölkələri və beynəlxalq ictimaiyyət Qəzzə xalqına hərtərəfli və daha güclü dəstək verməlidir.

Xəbəri paylaş

VİDEOLAR