İslami müqavimət hərəkatı HƏMAS, ABŞ və Avropanın “Əl-Əqsa” peyk kanalının bütün beynəlxalq peyklərdən çıxarılmasına dair birgə qərarını kəskin şəkildə pisləyib və bunu media azadlığı və Fələstin xalqının öz səsini dünyaya çatdırmaq üçün qanuni haqqının açıq şəkildə pozulması hesab edib.
Az.rasthaber.com xəbər verir ki, bu hərəkatın bəyanatında deyilir: Bu qəddar qərar müstəqil Fələstin mediasına, Fələstin xalqının iztirablarını və işğalçıların cinayətlərini dünyaya əks etdirən mediaya birbaşa hücumdur. Bu aksiya söz azadlığını boğmaq və mütəşəkkil sionist terrorizminin əsl simasını ifşa edən platformaları bağlamaq məqsədi daşıyır. Həmçinin bu, Fələstin hekayəsini senzuraya salmaq, Qəzzadakı hadisələrin beynəlxalq mediada işıqlandırılmasını və regionda fəal jurnalistlərə qarşı davamlı hücumları məhdudlaşdırmaq məqsədi daşıyan siyasətlərin bir hissəsidir.
HƏMAS media və beynəlxalq xəbər təşkilatlarından bu qərarı pisləmələrini və sionist rejimin beynəlxalq qanunlara və insani prinsiplərə qarşı təcavüzünə səssiz qalmamalarını istəyib.
Dünən “Əl-Əqsa” peyk kanalı ABŞ və Avropa ölkələrinin birgə qərarından sonra bu kanalın bütün beynəlxalq peyklərdən yayımının dayandırıldığını açıqlayıb.