HƏMAS: ABŞ İsrailin ləkələrini təmizləmək istəyir

HƏMAS: ABŞ İsrailin ləkələrini təmizləmək istəyir

HƏMAS ABŞ-ın Fələstindəki vəziyyətin pisləşməsinin təqsırını fələstinlilərin üzərinə atma cəhdini pisləyib.

Rasthaber Azərbaycan Palinfoya istinadən xəbər verir ki, HƏMAS rəsmisi  Hazim Qasım ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Kelli Kraftın Yaxın Şərqlə bağlı fikirlərini “faktların təhrifi” və “siyasi ələ salma” olaraq dəyərləndirib.

“ABŞ əli Fələstin xalqının qanına batmış İsrailin ləkələnmiş adını təmizləməyə çalışır. Vaşinqton bununla Qəzza sektorunun uzun illərdir davam edən mühasirəsinə bəraət qazandırmaq hədəfini üzərinə götürüb”, – deyə o bildirib.

İsrail rejiminin işğal siyasətini dəstəkləməklə Ağ Ev Fələstinə qarşı təcavüzdə əlbir olur.

“Qəzzanın mühasirəsi beynəlxalq insan hüquqları ilə ziddiyət təşkil edir”, – deyə Hazim Qasım qeyd edib və əlavə edib ki, Qəzzadakı bərbad vəziyyətin bütün məsuliyyəti İsrail rejiminin üzərindədir.

Xəbəri paylaş

VİDEOLAR