HƏMAS atəşkəs və məhbus mübadiləsi razılaşmalarının dördüncü raundu çərçivəsində bu gün azad ediləcək 183 fələstinlinin adını açıqlayıb.
Az.rasthaber.com xəbər verir ki, Həmas Qəzzada atəşkəs və əsir mübadiləsi razılaşmasının birinci mərhələsinin dördüncü raundu çərçivəsində bu gün azad ediləcək 183 fələstinlinin adını açıqlayıb.
Mehr Xəbər Agentliyinin məlumatına görə, HƏMAS-a bağlı Məhbuslar Media Ofisi açıqlamasında bildirib ki, sərbəst buraxılacaq fələstinli məhbuslardan 18-i ömürlük, 54-ü uzunmüddətli həbs cəzasına məhkum edilmiş, 111-i isə 2023-cü il oktyabrın 7-dən sonra Qəzza zolağında saxlanılan məhbuslardır.
Açıqlamada azadlığa buraxılması planlaşdırılan 7 nəfərin Fələstin xaricinə göndəriləcəyi bildirilib. Həmçinin qeyd olunub ki, Fəth Hərəkatından 54, Həmas Hərəkatından 8, İslami Cihad Hərəkatından 6, Xalq Cəbhəsindən 2, Demokratik Cəbhədən 2 fələstinli məhbusun azadlığa buraxılması planlaşdırılır.