Hizbullahın işğal altındakı Fələstinin şimalına dron-raket hücumlarının yeni mərhələsi

Hizbullahın işğal altındakı Fələstinin şimalına dron-raket hücumlarının yeni mərhələsi

Bu gün (şənbə) media mənbələri Livan Hizbullahının işğal altındakı Fələstinin şimalında sionist yaşayış məntəqələrinə pilotsuz təyyarə və raket hücumlarının yeni mərhələsini xəbər verib.

Az.rasthaber.com xəbər verir ki, Livan Hizbullahı sionistlərin "Margliot", "Karyat Şemunə", "Mayan Barux" qəsəbələrinə və sionist rejim ordusunun işğal olunmuş Fələstinin şimalındakı "Əl-Cəlil" bölgəsindəki mövqelərinə pilotsuz təyyarə və raket hücumları həyata keçirib.


Sionist mediası həmçinin Qərbi Əl-Cəlil bölgəsindəki Nəhariyyəyə bir neçə raketin düşdüyünü, lakin bölgədə təhlükə sirenlərinin səslənmədiyini bildirib.

Livan Hizbullahı öz döyüşçülərinin sionist rejim əsgərlərinin Mitat kazarmasında yerləşdiyi yerləri raketlərlə hədəfə aldığını açıqlayıb.

Xəbəri paylaş

VİDEOLAR