Livan Hizbullahının Mərkəzi Şurasının üzvü sionist rejimlə müharibə olacağı təqdirdə, hətta yuxuda belə görmədikləri bir cəhənnəm atəşini görəcəklərini vurğulayıb.
Rasthaber Azərbaycan İran mediasına istinadən məlumatına görə, Livan Hizbullahının Mərkəzi Şurasının üzvü Həsən Əl-Bəğdadi bu barədə açıqlama verib.
"Lizbullah Livanda İsrail düşmənin komandirlərinin özünə qarşı cəsarət iddialarını eşidir, lakin onlar təkəbbürlərini azaltmalı və bir daha hesablamalarında səhvə yol verməməli olduqlarını bilməlidirlər. İsrail rejimi komandirləri dərs almır və əsl siyasəti başa düşmürlər, çünki onların düşmən və cinayətkar təbiətləri, bu rejimin yüksək sürətlə həyatdan silinəcəyinə dair ümidləri artırır", - deyə Əl-Bəğdadi bildirib.
Livan Hizbullahının baş katib müavini Şeyx Nəim Qasim də bu yaxınlarda Qəzza və Livan müqaviməti arasındakı koordinasiya barədə deyib: "İran İslam Respublikası ilə Hizbullah və Fələstin müqaviməti arasında əməkdaşlıq səviyyəsi çox yüksəkdir və biz Hizbullahda sionist rejimin Qəzzəyə son təcavüzü kimi müharibələrlə üzləşməyə həmişə hazırıq".