Livandakı Hizbullah Hərəkatı işğal altındakı ərazilərin şimalında qeyri-qanuni Şamir qəsəbəsi və Khirbet Maar hərbi bazasına hücum təşkil etdiyini açıqlayıb.
Az.rasthaber.com xəbər verir ki, Hizbullah tərəfindən edilən yazılı açıqlamada yeni qeyri-qanuni qəsəbə Şamirin İsrailə qarşı hədəflər arasında yer aldığı və ilk dəfə Katyuşa raketi ilə hədəf alındığı bildirilib.
Sözügedən hücumun İsrailin Mercayun başda olmaqla Livanın cənubundakı kənd və qəsəbələrə etdiyi hücumlara cavab olaraq həyata keçirildiyi qeyd edilib.
Hizbullah tərəfindən edilən digər açıqlamada isə İsrailin şimalındakı Khirbet Maar hərbi bazasına kamikadze pilotsuz uçuş aparatları ilə hücum təşkil edildiyi bildirilib.
Bəyanatda bildirilib ki, hücum “tam dəqiqliklə” düşmən mövqelərini hədəf alıb.
Sionist rejimin Kanal 12 Televiziyası Livandan atılan raketin Şamir qəsəbəsində açıq əraziyə düşərək orada yanğına səbəb olduğunu bildirib.