Hizbullahdan İŞİD-in məsciddəki terroruna reaksiya

Hizbullahdan İŞİD-in məsciddəki terroruna reaksiya

Livan Hizbullahı bir bəyanatla Əfqanıstanın Qunduz əyalətindəki bir məsciddə törədilmiş terror partlayışını pisləyib.

Az.rasthaber.com İran mediasına istinadən xəbər verir ki, Livan Hizbullahının bəyanatında deyilir ki, bu hərəkat bütün insani qanunlar və səmavi dinlərlə təzad təşkil edən və terrorçu İŞİD qrupu tərəfindən törədilən Qunduz məscidindəki cinayətkarcasına partlayışı pisləyir.

Hizbullah sonra İslam Dünyasının bütün dini mərcələrindən istəyibdir ki, bu kimi cani terrrorçu qruplaşmalar qarşısında qətiyyətli mövqe tutsunlar. Hizbullah Əfqanıstandakı məsul şəxsləri qatilləri cəzalandırmağa və bu fəlakətli qırğınların təkrarlanmasının qarşını almaq üçün mümkün olan tədbirlər görməyə çağırıb.

Xəbəri paylaş

VİDEOLAR