Hizbullah və İslami Müqavimət Təşkilatı qatil İsrailin Fələstin və Livana hücumlarına cavab verib. Hizbullahın verdiyi açıqlamada Livanın Marun ər-Ras şəhəri yaxınlığında İsrail qüvvələrinə qarşı raket hücumu təşkil edildiyi bildirilib.
Az.rasthaber.com xəbər verir ki, sionist İsrailin Safed şəhərinin ardıcıl raket hücumları ilə hədəfə alındığı da bildirilib. İslami Müqavimət tərəfindən verilən ayrıca bəyanatda Marun ər-Ras qəsəbəsinin cənub-qərb kənarında yerləşən İsrail əsgərlərinin raketlə vurulduğu qeyd edilib. İsrail ordusunun böyük itki verdiyi bildirilir.
Hücumlarla bağlı İsrail ordusundan heç bir açıqlama verilməyib.