Hizbullah: "Təl-Əvivdəki əməliyyat sionistlərin zəifliyini ortaya çıxardı"

Hizbullah:

Hizbullah bildirib ki, Təl-Əvivdəki şəhadət əməliyyatı sionist rejimin zəifliyini və təhlükəsizlik aparatının uğursuzluğunu üzə çıxarıb.

Az.rasthaber.com xəbər verir ki, Əl-Menar xəbər agentliyinin məlumatına görə, Hizbullah bu məsələ ilə bağlı açıqlamasında deyib:
"Fələstin müqavimət hərəkatının üzvləri bir daha İsrail işğalçılarına qarşı müqavimət göstərmək, onların qətllərinə cavab vermək və işğal olunmuş ərazilər daxilində hücumlara başlamaq üçün güc və bacarıqlarını nümayiş etdiriblər. Təl-Əvivdə fələstinli gənc Raad Fethi Hazemin qəhrəmancasına əməliyyatı sionist rejimin zəifliyini, hərbi və təhlükəsizlik aparatının axsamasını və İsrailin tək bir fələstinli döyüşçü qarşısında biabırçı məğlubiyyətini ortaya qoydu".
Hizbullah Fələstin xalqı və müqavimət qruplarının qəhrəmanlığını yüksək qiymətləndirib və dünyanın gözü qarşısında işğal rejimini aşağılayan bütün döyüşçülərə təşəkkür edib.
Hizbullah bəyanatında dünyanın azad insanlarını, ərəb və islam xalqlarını Fələstin xalqını qorumağa və dəstəkləməyə çağırıb.
Xatırladaq ki, Təl-Əvivdə bir fələstinlinin silahlı hücumu nəticəsində 2 sionist həlak olub, 15 nəfər isə yaralanıb.

Xəbəri paylaş

VİDEOLAR