Hizbullah: Təcrübə göstərir ki, ABŞ etibara layiq deyil

Hizbullah: Təcrübə göstərir ki, ABŞ etibara layiq deyil

Ukraynadakı hadisələr göstərir ki, ABŞ ilk olaraq öz müttəfiqlərilərini müharibəyə sürükləyir, daha sonra isə öz müttəfiqlərindən üz çevirir.

Az.rasthaber.com "Al-Manar"-a istinadən xəbər verir ki, bu barədə Livanın "Hizbullah" hərəkatının başçısının müavini Şeyx Əli Dəmmuş bəyan edib.

"ABŞ Ukraynanı Rusiya ilə müharibəyə təhrik edirdi. Bundan sonra, müharibənin birinci günündə, ABŞ prezidenti Co Bayden bildirdi ki, müharibəyə qoşulmaq niyyətində deyil", - deyə o qeyd edib.

"Hizbullah" rəsmisi əlavə edib ki, keçmiş və indiki təcrübələr göstərir ki, ABŞ-ın müttəfiqləri müharibənin ön xəttində olan zaman Ağ Ev onlardan üz çevirir və öz şəxsi maraqlarını güdür.

"ABŞ bir zamanlar Əfqanıstandakı dostlarını da tərk edib, daha sonra da Livandakı agentlərini tərk etdi, bu gün isə Ukraynadakı müttəfiqlərini tərk etdi", - deyə o bildirib.

O vurğulayıb ki, "Ukrayna və digər keçmiş təcrübələr göstərir ki, amerikalılar etibara layiq deyillər".

Xəbəri paylaş

VİDEOLAR