Hizbullah: Səudiyyə Livandan üzr istəməlidir

Hizbullah: Səudiyyə Livandan üzr istəməlidir

Hizbullah rəsmisi Səudiyyə Ərəbistanının Livandan üzr istəməli olduğunu açıqlayıb.

Az.rasthaber.com İran mediasına istinadən xəbər verir ki, Livanın Hizbullah hərəkatının baş katibinin müavini Şeyx Nəim Qasim Səudiyyə Ərəbistanı ilə bağlı açıqlama verib.  

O, verdiyi açıqlamada vurğulayıb ki, Səudiyyə Ərəbistanının Livana qarşı mövqeyi düşməncəsinədir.  

Şeyx Nəim Qasim diqqətə çatdırıb ki, Livan üzr istəniləsi heç bir şey etmədi. Çünki baş verənlərin səbəbkarı Səudiyyə Ərəbistanıdır.

Hizbullah rəsmisi qeyd edib ki, üzr istəməli tərəf əslində Səudiyyə Ərəbistanı hökumətidir. 

Xəbəri paylaş

VİDEOLAR