Sionist rejimin mətbuatında yer alan xəbərə görə, İsrail ordusu sədd divarının tikintisini sürətləndirdiyi halda, Livan Hizbullah Hərəkatı şimal sərhədlərində sərhəd divarından daha yüksəkdə nəzarət qüllələri inşa edib.
Az.rasthaber.com xəbər verir ki, Şutula sakinləri İsrailin Kanal 12 telekanalına bildiriblər ki, Hizbullahın sərhəddən on metr aralıda keçən ay tikilmiş müşahidə qüllələrindən birinin hündürlüyü 18 metrdir.
Qeyd edək ki, İsrail ordusu eyni ərazidə 9 metr hündürlüyündə divar hörməyə çalışırdı.