16.04.2022 13:41:05
İraqdakı Hizbullah Batalyonları Məscidül-Əqsanın müdafiəsinə dəstək verdiklərini bəyan edərək, bölgədəki sionistlərin əllərini kəsəcəklərini qeyd edib.
Az.rasthaber.com xəbər verir ki, Məscidül-Əqsa və Qüdsdə baş verən hadisələrin ardınca Hizbullah Batalyonları cümə günü açıqlama verərək bildirib:
"Məscidül-Əqsaya açıq hücum və düşmənin cinayət əməllərinin qarşısını ancaq azad fələstinlilər ala bilər.
Biz İraqda və regionda sionistlərin əllərini kəsmək üçün Məscidül-Əqsanı müdafiə edirik.
Xatırladaq ki, Sionist qüvvələr dünən səhər saatlarında Məscidül-Əqsaya hücum edərək 150-dən çox fələstinlini yaralayıb, 300 nəfəri isə həbs edib.
Fələstin müqavimət qrupları sionistlərin vəhşiliyinə cavab olaraq Qüdsdə Məscidül-Əqsa və fələstinliləri müdafiə etmək üçün silaha sarılmağa hazır olduqlarını bəyan ediblər.