Livanın “Hizbullah” hərəkatı işğalçı İsrail rejiminin şimalına ən azı 135 raket atıb.
Az.rasthaber.com xəbər verir ki, bu barədə sionist mediası yazıb.
İşğalçı İsrail rejiminin Livan ərazisində terror əməliyyatları həyata keçirməsindən sonra "Hizbullah" Təşkilatı sionistlərə sərt cavab verib.
Məlumatda bildirilir bu səhər “Hizbullah” Təşkilatı tərəfindən işğalçı İsrailin şimalındakı bölgələrə təxminən 135 raket zərbəsi endirilib.
Sionist rejim sakinləri demək olar ki, bütün günü həyəcan içində keçirir. İşğalçı rejimin bütün məntəqələrində hava hücumu sirenləri işə düşüb.