Livan Hizbullah Hərəkatı işğal olunmuş ərazilərdəki bəzi hərbi bazaları raketlərlə hədəfə aldığını açıqlayıb.
Az.rasthaber.com xəbər verir ki, Livan Hizbullah Hərəkatının verdiyi bəyanatda sionist rejimin "əl-Malikiye" və "Ramin" bazalarının raketlərlə vurulduğu bildirilib.
Bəyanatda deyilir:
"Bu gün səhər tezdən əsgərlərimiz Əl-Malikiya bazası və ətrafında sionist əsgərlərin və İsrail zirehli transportyorlarının toplaşdığı ərazini raketlərlə hədəfə alıblar. Bu hücum sionist rejim əsgərləri arasında bəzi itkilərə səbəb olmaqla, dəqiq və birbaşa həyata keçirilib.".
Bəyanatda həmçinin qeyd olunub:
"İşğal altındakı Fələstinin şimalındakı "Avivim" bölgəsində sionist əsgərlərin yerləşdiyi binanı raket hücumunun birbaşa hədəfi etdik. Mücahidlərimiz "Berkan" raketi ilə "Ramim" bazasını tam dəqiqliklə vurdular.".
Sionist rejimin döyüş təyyarələri də Livanın cənubundakı əl-Tabia qəsəbəsini üç dəfə hədəfə alıb.