Livan Hizbullah Hərəkatı sionist İsrail ordusuna məxsus 2 hərbi məntəqəni vurduğunu açıqlayıb.
Az.rasthaber.com xəbər verir ki, Livan Hizbullah Hərəkatı Əqsa tufanı başlayandan bəri Qəzza zolağında müqavimətə dəstək olaraq İsrailin mövqeləri və hərbi bazalarına qarşı əməliyyatlarını davam etdirir.
Tesnimin xəbərinə görə, Hizbullah müqaviməti Livanın cənubundan işğalçı İsrail qüvvələrinə qarşı həyata keçirdiyi müqavimət əməliyyatları ilə bağlı açıqlama verib.
Açıqlamada Metula qəsəbəsindəki İsrail hərbi məntəqəsinin idarə olunan raketlər və müvafiq silahlarla vurulduğu bildirilib.
Onun bu yaşayış massivində düşmən əsgərlərinin cəmləşdiyi yeni yaradılmış mərkəzdəki casusluq texnikasını idarə olunan raketlərlə hədəfə aldığı və birbaşa zərbə ilə məhv etdiyi açıqlanıb.
Hücumlarda ölən və yaralananların olduğu bildirilir.
Sionist Kanal 12 televiziyası həmçinin bildirib ki, Cənubi Livandan Yuxarı Qalileyanın Metula bölgəsinə iki raket atılıb və nəticədə bütün bölgədə elektrik enerjisi kəsilib.
Hizbullah həmçinin bildirib ki, Hanitə ətrafında istehkam və xəndək işləri aparan düşmən əsgərlərini raketlərlə hədəfə alıb.
Digər tərəfdən “Haaretz” qəzeti Netanya şəhərində yaşayan və “Alon” briqadasının 9308-ci batalyonunda xidmət edən zabitin öldüyünü etiraf edib.
İşğalçı əsgərin Livandan göndərilən pilotsuz təyyarənin Qərbi Qalileyanın şimalında Kfar Kabarim Kibbutz yaxınlığında partlaması nəticəsində öldüyü bildirilib.