Hizbullah sionist İsrailin 2 hərbi məntəqəsini hədəfə alıb

Hizbullah sionist İsrailin 2 hərbi məntəqəsini hədəfə alıb

Hizbullah Livanın cənubunda sionist İsrailə məxsus iki hərbi məntəqəyə hücum etdiyini açıqlayıb.

Az.rasthaber.com xəbər verir ki, Hizbullah işğalçı rejim ordusuna qarşı həyata keçirdiyi hücumlarla bağlı yazılı açıqlama yayıb.

Bəyanatda sionist rejim ordusunun “Rüveysətül-Aləm” və “Ramim” hərbi məntəqələrinə müvafiq silahlarla hücum etdiyi və hədəflərin dəqiq vurulduğu bildirilib.

Digər tərəfdən, işğalçı rejim ordusundan verilən açıqlamada Livan ərazisindən İsrailə doğru çoxlu sayda raket atıldığı, hücumda xəsarət alan olmadığı bildirilib.

Xəbəri paylaş

VİDEOLAR