Hizbullah rəsmisi İran prezidentinin Suriyaya səfərini dəyərləndirib

Hizbullah rəsmisi İran prezidentinin Suriyaya səfərini dəyərləndirib

Livan Hizbullahının Şəriət Komitəsinin rəhbəri Şeyx Məhəmməd Yazbek İran prezidentinin Suriyaya tarixi səfərinin Amerikanın regiondakı hegemonluğunu məhv etdiyii bildirib.

Az.rasthaber.com xəbər verir ki, Livan Hizbullahının Şəriət Komitəsinin rəhbəri Şeyx Məhəmməd Yazbek İran prezidenti Seyid İbrahim Rəisinin Suriyaya səfərini dəyərləndirib.

Şeyx Məhəmməd Yazbek deyib:

"Bu səfər ABŞ-ın Suriyaya qarşı vəhşi sanksiyalarını qıran və ABŞ-ın bölgədəki imperialist hegemonluğunun çöküşünə işarə edən tarixi bir səfər oldu".

Yazbek Rəisinin Suriyaya səfərinin sionist düşməni sarsıtdığını və bölgədə müqavimət oxunu təşviq etdiyini bəyan edib.

Yazbek daha sonra bildirib:

"Bölgənin daha çox razılaşmaya ehtiyacı var, lakin Livan hakimiyyəti bu razılaşmalardan ölkənin problemlərini həll etmək və maneələri aradan qaldırmaq üçün istifadə etməyib. Hər kəs bütün Livan torpaqlarına nəzarəti ələ keçirmək, orada təhlükəsizlik və sabitliyi təmin etmək üçün güclü bir hökumət qurmaq istəyir. 

Sionistlər fələstinlilərə qarşı törətdikləri qətllər və İslami ziyarətgahlara hörmətsizlikləri ilə beynəlxalq hüququn bütün qırmızı xətlərini pozub.".

Xəbəri paylaş

VİDEOLAR