Hizbullah liderindən İslam ölkələrinə çağırış

Hizbullah liderindən İslam ölkələrinə çağırış

Livan Hizbullahının baş katibi islami ölkələr tərəfindən bir komitənin təşkil edilməsinə dair çağırış edib. Həmin komitənin üzvlərinin əyani görüşlərdə beynəlxalq vəhdət konfransının təcrübələrini bölüşmələri təklif edilib.

Az.rasthaber.com İran mediasına istinadən xəbər verir ki, Seyid Həsən Nəsrullah 35-ci beynəlxalq islami vəhdət konfransının ilk günündə etdiyi video-müraciətdə belə deyib:

"Çoxdandır, İslam dünyası böyük problem və fitnələrlə üzləşir və Amerika başda olmaqla imperialist qüvvələr müsəlmanların əlaqələrini hədəfə alıblar, amma digər tərəfdən, İslam İnqilabının qələbəsindən sonra müxtəlif yollarla müsəlmanlar arasında birlik, həmkarlıq və yaxınlaşma çərçivəsində səylər göstərilib".

Hizbullah lideri deyib ki, əməkdaşlıq, həmahənglik və vəhdətlə Qərb imperializmini diz çökdürməyə çalışmaq lazımdır.

"Niyyətlər xalis və Allah-Taala üçün olarsa, uğurlar qazanılacaq", - deyə o əlavə edib.

Xəbəri paylaş

VİDEOLAR