Hizbullah lideri Beyrut partlayışından danışdı

Hizbullah lideri Beyrut partlayışından danışdı

Seyid Həsən Nəsrullah dünən çıxış edib

“Hizbullah”-ın partlayış baş vermiş Beyrut limanında silah saxlaması xəbərləri həqiqətə uyğun deyil, bu cür şayiələr faciəni siyasiləşdirmək üçün ortaya atılır.

Rasthaber Azərbaycan xəbər verir ki, bunu hərəkatın lideri Seyid Həsən Nəsrullah dünən bildirib.

“Biz Beyrutda hər hansısa bir maddəmizin və ya raketlərimizin olmasını qəti şəkildə təkzib edirik. Baş verənlər (KİV-lərdəki xəbərlər) iftiradır”, – deyə o qeyd edib.

O deyib ki, partlayışdan sonra bir sıra KİV-lər, hətta real səbəblər haqda ilkin məlumatları olmadan belə, “Hizbullah”-ın əlinin olduğunu yazdı.

“Biz limana nəzarət etməyimizə dair bəyanatarı təkzib edirik. Biz, daha çox Hayfa limanında olanları bilirik, Beyrut limanında olanları yox”, – deyə Nəsrullah əlavə edib.

Bundan başqa, o, limanda baş verənlər haqda Livan cəmiyyəti daxilində böyük gərginliyə səbəb ola biləcək yalan təsəvvür yaratmaq istəyən hər kəsin məsuliyyətə cəlb edilməsinə dair çağırış da edib.

“Vəziyyətdən siyasi istifadə cəhdləri var. Biz inanırıq ki, indiki zaman  siyasi və partiya münasibətlərinin aydınlaşdırılması üçün uyğun zaman deyil”.

Xatırladaq ki, Livanın paytaxtı Beyrutda yerləşən limanda böyük dağıntılara səbəb olmuş güclü partlayış baş verib. Hadisə nəticəsində 154 insan həyatını itirib, 5 minə yaxın insan isə xəsarət alıb.

Xəbəri paylaş

VİDEOLAR