Hizbullah koordinatları paylaşaraq İsrailə XƏBƏRDARLIQ ETDİ

Hizbullah koordinatları paylaşaraq İsrailə XƏBƏRDARLIQ ETDİ

Livan Hizbullah Hərəkatı sionist İsrailin strateji hərbi, infrastruktur və enerji mərkəzlərinin havadan görüntülərini paylaşaraq İsrailin Livana hücum edəcəyi təqdirdə "peşman olacağı" barədə xəbərdarlıq edib.

Az.rasthaber.com xəbər verir ki, Hizbullahın Telegram hesabında yalnız sionist İsrail təhlükəsizlik rəsmilərinə məlum olan bəzi hərbi bazaların, yanacaq anbarlarının və İsrail ərazi sularındakı məntəqələrin koordinatlarını ehtiva edən görüntülər paylaşılıb.

Havadan və ya pilotsuz uçuş aparatları ilə çəkildiyi düşünülən görüntülərdə ölkənin müxtəlif bölgələrindəki hədəflərin dəqiq ünvanları var.

Videonun sonunda qatil İsrailə xitab edərək deyilib:

“Kim bizə hücum etməyi düşünsə, peşman olacaq”.

İyunun 18-də Hizbullah işğalçı İsrailin Hayfa limanı, şəhəri və ölkənin şimalında Livan sərhədindən təxminən 25 kilometr aralıda yerləşən bir çox obyektin 10 dəqiqəlik görüntülərini paylaşıb.

Xəbəri paylaş

VİDEOLAR