Hizbullah İsrailin Suriyaya davam edən hücumlarını pisləyib

Hizbullah İsrailin Suriyaya davam edən hücumlarını pisləyib

Livan Hizbullah Hərəkatı İsrailin Suriyaya dəfələrlə hava və qurudan hücumlarını pisləyib.

Az.rasthaber.com xəbər verir ki, Ərəb mediasına görə, Hizbullahdan edilən yazılı açıqlamada; İsrail rejiminin Suriya, Qəzza zolağı və Livanı hədəf alan hücumlarının artmasına reaksiya verilib.

Bəyanatda suriyalıların İsrailə qarşı torpaqlarını qorumaq üçün apardıqları mübarizə təqdir edilərək bildirilib:

"Suriyaya qarşı hücumlar bu ölkənin suverenliyinin açıq şəkildə pozulmasıdır. Suriyanı hava hücumları ilə hədəfə almaq və ərazisinə daxil olmaq dövləti zəiflətmək və bərpasına mane olmaq səyləridir.".

Bəyanatda həmçinin sionist İsrailin Qəzza zolağına hücumları pislənilib və bütün bu soyqırım və deportasiya planlarının Fələstin xalqının müqavimətini qıra bilməyəcəyi vurğulanıb.

Bildirilib ki, İsrail Livana hücumlarını davam etdirərkən, ABŞ bu pozuntuları ört-basdır etmək üçün “Hizbullah”a təzyiq göstərib və öz səlahiyyətlilərini bölgəyə göndərərək İsrailin şərtlərini Hizbullahın üzərinə qoymağa çalışıb.

Bəyanatda region ölkələrinin İsrailin təcavüzünə qarşı birləşməli olduğu vurğulanıb və bu bəyanatlara yer verilib: "Hizbullah olaraq bu cinayətləri pisləyirik və qardaş Suriya xalqı, eləcə də Yəmən və Fələstin xalqı ilə tam həmrəy olduğumuzu bir daha təsdiqləyirik. Həmçinin dünyanın hər yerindən azad insanları bu qəddar düşmənə qarşı səslərini ucaltmağa çağırırıq".

İsrailin hücumlarının bölgədə gərginliyi artırmaması üçün beynəlxalq ictimaiyyətə “Təl-Əvivə təzyiq göstərməyə” çağırış edilib.

Bəyanatda həmçinin bildirilib ki, ABŞ-ın hücumlarına baxmayaraq, Yəmən xalqı Qəzzada Fələstin xalqına dəstəyini davam etdirəcək.

Xəbəri paylaş

VİDEOLAR