Hizbullah sionist İsrailin Livanın cənubuna hücumlarına cavab olaraq bu ölkənin iki hərbi qərargahını raketlər və pilotsuz uçuş aparatları (PUA) ilə bombaladığını açıqlayıb.
Az.rasthaber.com xəbər verir ki, Hizbullah tərəfindən edilən yazılı açıqlamada, İsrailin şimalında Hanitə qeyri-qanuni yaşayış məntəqəsində işğalçı İsrail qüvvələrinin qərargahına PUA-larla hücumun təşkil edildiyi bildirilib.
İsrail əsgərlərinin yerləşdiyi nöqtənin birbaşa vurulduğu hücumda ölən və yaralananların olduğu bildirilib.
Başqa bir açıqlamada Ayn Zeitim bazasındakı Şimal Korpusunun Komandanlıq binasının Katyuşa raketləri ilə vurulduğu qeyd edilib.
Sözügedən hücumların sionist İsrailin Livanın cənubundakı Ədlun və Hula qəsəbələrinə hücumlarına cavab olaraq həyata keçirildiyi vurğulanıb.