Hizbullah İsrailin hərbi məntəqələrini hədəfə aldı

Hizbullah İsrailin hərbi məntəqələrini hədəfə aldı

Hizbullah Livanın cənubundan sərhəddə yerləşən iki İsrail hərbi məntəqəsinə hücum etdiyini açıqlayıb.

Az.rasthaber.com xəbər verir ki, Livanın Hizbullah Hərəkatı bu gün səhər saatlarında ölkənin cənubundan sərhəddə sionist İsrailə məxsus iki hərbi məntəqəyə hücuma keçdiyini açıqlayıb.

Açıqlamada, İsrail əsgərlərinin toplaşma nöqtəsi olan El-Raheb və Barnit bazasının arxasında qurulan yeni komanda mərkəzinin raketlə hədəfə alındığı qeyd edilib.

İsrail mətbuatının məlumatına görə, Nahariya yaxınlığındakı Cesherhaziv qəsəbəsində davam edən basketbol matçı Livandan atılan raketlər səbəbindən yarımçıq qalıb.

Raketlər səbəbindən sionistlərin Yukari Celil, Nahariya, Saar, Gesher HaZiv, Hanita, Yara, Metsova, Şlomi və Betzit qəsəbələrində siren səsləri eşidilib.

Bildirilib ki, sionist İsrail ordusu həmçinin El Hebari, El Ferdis, Halta, Kafr Shuba və Hebariyye şəhərlərinin kənarlarını vurub.

Oktyabrın 8-dən Livan sərhədində Hizbullah və işğalçı qüvvələr arasında qarşılıqlı hücumlar həyata keçirilir.

Xəbəri paylaş

VİDEOLAR