Hizbullah Hərəkatı Livanın hava məkanını pozan sionist İsrail döyüş təyyarəsinə yer-hava raketinin atıldığını və təyyarənin geri qayıtmaq məcburiyyətində qaldığını bildirib.
Az.rasthaber.com xəbər verir ki, Hizbullah sionist İsrail təyyarəsinə hücumla bağlı açıqlama verib.
Açıqlamada “gecə yarısı Livanın hava məkanını pozan düşmən İsrail döyüş təyyarəsinə yer-hava raketi atıldığı” bildirilib.
Qeyd edilib ki, təyyarə öz missiyasını yerinə yetirmədən geri qayıtmalı olub.
İyunun 6-da Hizbullah oxşar bəyanatla bir döyüş təyyarəsinin eyni tipli raketlə hədəf alındığını açıqlayıb.