Hizbullah İsrailə aid PUA-nı vurub

Hizbullah İsrailə aid PUA-nı vurub

Hizbullah Hərəkatı Livanda İsrail ordusuna məxsus Hermes-450 tipli pilotsuz uçuş aparatının (PUA) vurulduğunu açıqlayıb.

Az.rasthaber.com xəbər verir ki, Livan Hizbullah Hərəkatının verdiyi açıqlamada Livanın cənubunda vurulan İsrail PUA-sı ilə bağlı məlumat verilib.

Açıqlamada, Livanın hava məkanını pozaraq hücum etmək istəyən düşmənə məxsus Hermes-450 PUA-nın Livanın cənubundakı Aişiya bölgəsində vurulduğu bildirilib.

Hizbullahın bəyanatında İsrail PUA-nın necə vurulduğu ilə bağlı hər hansı təfərrüat verilməyib.

Xəbəri paylaş

VİDEOLAR