Hizbullah işğal altındakı Fələstinin şimalına dron zərbələri endirdi

Hizbullah işğal altındakı Fələstinin şimalına dron zərbələri endirdi

Livan Hizbullah Hərəkatı və Fələstin müqavimət hərəkatının döyüşçüləri işğal altındakı Fələstinin şimalında və Qəzzə zolağında apardıqları ayrı-ayrı pilotsuz təyyarə və raket əməliyyatlarında sionist rejimin bir neçə tankını məhv edib, çoxlu sayda sionist əsgəri öldürüb və yaralayıblar.

Az.rasthaber.com xəbər verir ki, Livan Hizbullahı bazar ertəsi bəyanat yayaraq bildirib ki, bir neçə pilotsuz təyyarə ilə sionist rejim ordusunun 91-ci diviziyasının 403-cü ehtiyat artilleriya batalyonuna bağlı hərbi mövqeyini, zabit və əsgərlərinin yataqxanasını işğal altındakı Fələstinin Beyt Hilləl bölgəsində hədəf alıb.

“Hizbullahın hücum pilotsuz təyyarələri birbaşa nəzərdə tutulan hədəfləri vurub və nəticədə çoxlu sayda sionist rejim əsgəri ölüb və yaralanıb” - deyə, bəyanatda qeyd olunur.

Xəbəri paylaş

VİDEOLAR