Hizbullah: İrandakı üsyançılar ABŞ və İsraildən əmr alırlar

Hizbullah: İrandakı üsyançılar ABŞ və İsraildən əmr alırlar

Livan Hizbullahının baş katibinin müavini Şeyx Nəim Qasim çıxışında İran İslam Respublikasında baş verən son qarışıqlığa işarə edərək, ABŞ və İsrailin İslam Respublikasına qarşı şübhəli hərəkətlərini pisləyib.

Az.rasthaber.com xəbər verir ki, Livan Hizbullahının baş katibinin müavini Şeyx Nəim Qasim Tvitter səhifəsində yazıb:

"İran xalqı İslam Respublikası və onun rəhbərliyinə sədaqətini ifadə edib və bu prosesi geridə qoyacaq. 

İranda İslam Respublikasına qarşı azadlıq iddiasında olan qrupların başına gələnlər zorakılıq və cinayətdir. 

Onlar xaos yaratmaq üçün küçələrdə günahsız insanları öldürürlər. Onlar Amerika və İsraildən gələn əmrlərə əməl edən az sayda və şübhəli insanlardır".

Livan Hizbullahının baş katibinin müavini sözlərini belə davam etdirib:

"Amerika və İsrailin İrana qarşı şübhəli hərəkətlərini pisləyirik və biz hamımız azadlığı, müqaviməti və elmi tərəqqini qorumaq üçün rəhbərliyin, SEPAH-ın və onun xalqının nəzakətinə güvənirik".

Xəbəri paylaş

VİDEOLAR