Hizbullah: İran Livan xalqının həqiqi dostudur

Hizbullah: İran Livan xalqının həqiqi dostudur

Livan Hizbullahının İcraiyyə Şurasının sədri deyib: İran İslam Respublikası Livan xalqının həqiqi dostudur və indiyədək Livan xalqına kömək üçün müxtəlif təkliflər irəli sürüb.

Az.rasthaber.com xəbər verir ki, Seyid Haşim Səfiuddin dünən (bazar) çıxışında deyib: “İran sənaye, elektrik enerjisi istehsalı və digər sahələrdə güclü ölkədir və Livanlılara kömək etmək üçün qapılarını açan əsl dostdur".

Seyid Haşim Səfiuddin Suriyanın da Livana qapılarını açdığını, lakin bəzilərinin bu qapının açılmasını istəmədiyini bildirib.

Hizbullahın yüksək vəzifəli üzvü Livandakı bəzi partiyalara xitabən deyib:

"Məntiqimizə müxalif olan ağıl xəstə və azğın ağıldır və bu ölkənin qurulmasını istəmir. Biz onları əvvəllər sınaqdan keçirmişik, onlar ölkə qurmurlar və ölkə qurmağı bilmirlər".

Xəbəri paylaş

VİDEOLAR