Hizbullah: Fələstin xalqı məğlub olmayacaq!

Hizbullah: Fələstin xalqı məğlub olmayacaq!

Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrullah bu axşam etdiyi çıxışında bölgədə və Livanda baş verənləri dəyərləndirib.

Az.rasthaber.com "MEHR"ə istinadən xəbər verir ki, Seyid Həsən Nəsrullah çıxışının əvvəlində Fələstin məsələsinə toxunaraq bildirib:

"Biz bütün hörmətlə fələstinli gənclərin, qadınların, uşaqların və kişilərin, eləcə də fələstinli şəhid ailələrinin qəhrəmanlığı və qətiyyəti qarşısında dayanmalıyıq".

İşğal olunmuş Fələstində baş verən hadisələrin düşmənlə mübarizə və sionist rejimin gələcəyi ilə bağlı bir çox mənaları ifadə etdiyini bildirən Seyid Həsən Nəsrullah sionist rejimə müraciət edib:

"Fələstin xalqının ümidsiz və məğlub olacağını düşünürsünüzsə, yanılırsınız!"

Nəsrullah Livan xalqını və bütün müsəlmanları Ümumdünya Qüds Günü tədbirlərində iştirak etməyə çağırıb.

Xəbəri paylaş

VİDEOLAR