Hizbullah Beyrutun Dahiya rayonunda Qüds günü mərasiminin ləğvi ilə bağlı bəyanat yayıb.
Az.rasthaber.com xəbər verir ki, Livan Hizbullahı İsrail rejiminin Beyrutun cənubundakı Dahiya bölgəsinə endirdiyi hava hücumu səbəbindən Beynəlxalq Qüds Günü mərasiminin ləğv edildiyini açıqlayıb.
Hizbullahın ictimaiyyətlə əlaqələr bölməsinin bəyanatında deyilir: "Sionist düşmənin Beyrut Dahiya bölgəsinə qarşı hücumları səbəbindən bu gün, 28 mart 2025-ci il cümə günü keçirilməsi planlaşdırılan Qüds Günü mərasimi ləğv edilib".