Hindistanlı deputat: Vaksinə inanmayan müsəlmanların Pakistana köçmələrini istədi

Hindistanlı deputat: Vaksinə inanmayan müsəlmanların Pakistana köçmələrini istədi

Hindistan Xalq Partiyasının (HXP) Uttar-Pradeşdən olan nümayəndəsi Sanqit Sinqx Somun bəyanatı ölkədə ciddi müzakirələrə səbəb olub.

Rasthaber Azərbaycan  Pakistan mediasına istinadən xəbər verir ki, Som Hindistanda hazırlanan COVID-19 vaksinlərinə şübhə ilə yanaşan və Baş nazir Narendra Modiyə inanmayan müsəlmanları Hindistanı tərk etməyi və Pakistana köçməyə çağırıb.

“Çox təəssüf ki, müsəlmanlar ölkəmizə, alimlərimizə, polisimizə və Baş nazir Modiyə etibar etmirlər. Onların ruhları Pakistana mənsubdur. Onlar Pakistana getməlidirlər”, – siyasətçi bildirib.

HXP nümayəndəsinin belə bir bəyanatla çıxış etməsinə səbəb ölkədə COVID-19 vaksinin tərkibində donuzdan hazırlanan jelatin olması barədə yayılan xəbərlərdir. Məhz buna görə də Hindistanda yaşayan müsəlmanlar sözügedən peyvəndə şübhə ilə yanaşırlar.

Qeyd edək ki, Hindistanda kütləvi peyvəndləmə yanvarın 16-da başlayacaq.

Xəbəri paylaş

VİDEOLAR