Hindistanda zavodda partlayış

Hindistanda zavodda partlayış

Partlayışın səbəbləri hələ məlum deyil.

Rasthaber xəbər verir ki, bu gün Hindistanın cənubunda yerləşən Heydərabad şəhərindəki kimya zavodunda partlayış baş verib.

Bu barədə yerli hakimiyyət nümayəndələri məlumat verib.

Hadisə nəticəsində xəsarət alan 11 nəfər xəstəxanaya yerləşdirilib.

Daha bir neçə nəfərin binanın içərisində qaldığı ehtimal edilir.

Partlayışın səbəbləri hələ məlum deyil.

Xəbəri paylaş

VİDEOLAR