Məhəmməd bütün telefon danışıqlarını diktofona yazaraq yazını dərhal polisə aparıb.
Rasthaber Azərbaycan “The Wire”-yə istinadən xəbər verir ki, bazar günündən bazar ertəsinə keçən gecə 20 yaşlı Hindistan sakini Məhəmməd Sabirə polisdən zəng edilərək bildirilib ki, taksi sürücüsü işləyən atası Aftab Aləmin cəsədi tapılıb.
Polisin zəngindən bir neçə saat öncə isə atasının nömrəsindən ona zəng gəlsə də, danışan atası yox, sərxoş şəxslər olublar. Həmin şəxslər birinci müsəlman sürücüdən onlarla birgə içməyi, daha sonra isə induist tanrısını mədh etməyi tələb ediblər. 20 dəqiqə sonra isə həmin içkili şəxslərdən biri yenidən zəng edərək deyib: “o, nəfəs almır”. Gənc müsəlman bu zaman anlayıb ki, radikal induistlər onun atasına divan tutublar.
Məhəmməd bütün telefon danışıqlarını diktofona yazaraq yazını dərhal polisə aparıb. Polis Aftabın yerini aşkar edərək onun cəsədini tapıb. Müsəlman kişi amansızcasına döyülərək qətlə yetirilib, xüsusilə də onun ağız nahiyəsi və dili daha çox zərər görüb.
Aftabın oğlunun sözlərinə görə, cinayətin açıq-aydın ədavət xarakterinə baxmayraq, polis yalnız qarət maddəsi ilə cinayət işi açıb.
Mərhumun həyat yoldaşına isə yalnız dəfn günü dəhşətli hadisə barədə xəbər verilib.
Aftabın övladları ədalət uğrundan mübarizəyə başlayaraq atalarının sırf müsəlman olduğu qətlə yetirildiyini sübut etmək niyyətindədirlər.