Hindistanda Peyğəmbəri (s) təhqir edən deputat azadlığa buraxılıb

Hindistanda Peyğəmbəri (s) təhqir edən deputat azadlığa buraxılıb

Hindistanda Telanqana ştatının regional qanunverici məclisinin deputatı İslam Peyğəmbərini (s) təhqir etdiyi üçün həbs edilib.

Az.rasthaber.com “India Today”-a istinadən xəbər verir ki, hakim “Bharatiya Janata” partiyasının siyasətçisi Raca Sinqh də, daha öncə islamofob qalmaqallara səbəb olmuş partiyadaşları kimi, islamofob fikirlər səsləndirib.

Sinqhin etik səbəblərə görə açıqlanmayan təhqiramiz bəyanatlarından sonra onun partiyaya üzvlüyü dayandırılıb və o, dini hislərin təhqirinə görə həbs edilib.

Lakin cəmi bir neçə saat sonra o, girov müqabilində azadlığa buraxılıb.

Hindistanın müsəlman təşkilatları islamofob deputata qarşı daha sərt tədbirlərin görülməsini, xüsusilə də, onun yenidən həbsə salınmasını tələb ediblər.

Xəbəri paylaş

VİDEOLAR