Hindistanda İES-də partlayış baş verib, ölən və yaralananlar var

Hindistanda İES-də partlayış baş verib, ölən və yaralananlar var

Hindistanda İstilik Elektrik Stansiyasında (İES) partlayış baş verib.

Rasthaber Azərbaycan "APA"ya istinadən xəbərinə görə, bu barədə NDTV telekanalı məlumat yayıb.

Bildirilib ki, insident Tamilnad ştatında, Kuddalor dairəsində qeydə alınıb. 

Hadisə nəticəsində ən azı 4 nəfər ölüb, 13 nəfər xəsarət alıb.

Partlayışın başvermə səbəbi hələlik məlum deyil. Hadisə yerində xilasedicilər çalışır.

Xəbəri paylaş

VİDEOLAR