Hindistanda etirazlar başladı: Ölənlər var - VİDEO

Hindistanda etirazlar başladı: Ölənlər var - VİDEO

Polis bildirib ki, cümə günündən bəri ştatda 600-dən çox insan “tədbiq məqsədilə” həbs olunub.

Rasthaber Azərbaycan "Voa"ya istinadən xəbər verir ki, Hindistanın şimalında şənbə günü nümayişçilərlə polis arasında toqquşma nəticəsində üç nəfər ölüb. Bununla ölkə boyu yeni vətəndaşlıq qanununa etirazlar zamanı ölənlərin sayı 17-ə çatıb.

Uttar Pradeş vilayətinin polis idarəsinin rəisi O.P. Sinq deyib ki, ən son ölən etirazçılar daxil olmaqla ştatda tələfatların sayı doqquza çatıb. “Ölənlərin sayı arta bilər”, Sinq deyib.

O əlavə məlumat paylaşmayıb.

Polis bildirib ki, cümə günündən bəri ştatda 600-dən çox insan “tədbiq məqsədilə” həbs olunub.

Etirazçılar yeni vətəndaşlıq qanununa etiraz edir. Bu qanun hazırda Hindistanda qeyri-qanuni yaşayan amma müsəlmalnların çoxluq təşkil etdiyi Banqaldeş, Pakistan və Əfqanıstanda dini zəmində təqiblə üzləşdiklərini sübut edə bilən hindular, xristianlar və digər dini azlıqlara şamil olunur.

Tənqidçilər deyir ki, bu qanun baş nazir Narendra Modinin millətçi hindu hökümərinin Hindistanın 200 milyon müsəlman əhalisini təcrid etmək səylərinin bir hissəsidir.

Modi isə bunun humanitar jest olduğunu söyləyir.

Xəbəri paylaş

VİDEOLAR