Hindistanda məscidlərdə azan səsini zəiflətmək məqsədilə uca səslə hindu ayinləri və duaları səsləndirilir.
Az.rasthaber.com "Sirat.az"a istinadən xəbər verir ki, hindu fəal Bharat Shetty sözügedən tədbirlərin hər azanda görüləcəyini vurğulayıb. Bundan əlavə, ölkə ərazisində yeni məscidlərin tikintisinə də qadağa qoyulub. Həmçinin hindular müsəlmanların ibadət yerlərinə peyin səpərək onları pakistanlı adlandırıb.
Hindistanın Karnataka əyalətində hicaba qarşı qadağalar tətbiq edilir. Belə ki, şagird və tələbələrə dərslərdə hicabla iştirak etməyə icazə verilmir. Bu tədbirlər ölkədə müsəlmanların kütləvi etirazına səbəb olub.