Hindistan polisi müsəlmanları heyvana bənzədən rahibin çıxışını araşdırır

Hindistan polisi müsəlmanları heyvana bənzədən rahibin çıxışını araşdırır

Hindistan polisi ölkədə hinduluq liderlərindən biri olan Svami Anand Svarupun çıxışı əks olan videonun araşdırılmasına başlayıb.

Rasthaber Azərbaycan xəbər verir ki, belə bir addım atılmasına hindu rahibin müsəlmanlara aşkar nifrət aşılayan ifadələri olub.

Belə ki, Svarup “Youtube” resursunda yayılan Çaudhari Çaran Sinqh universitetindəki çıxışında deyib: “Mən müsəlmanların iqtisadi və sosial boykotuna çağırıram. Çünki Quran oxuyan artıq insanlıqdan xaric olur, heyvana çevrilir”.

Hindu lideri həmçinin əlavə edib ki, Hindistanla əlaqələrini qorumaq istəyən hər kəs Quran və namazdan imtina etməlidir: “Biz müsəlmanların boykotuna başlasaq, onların çıxış yolu qalmayacaq və onlar hinduluğu qəbul edəcəklər”.

Polisdən bildiriblər ki, hələlik araşdırmalar aparılır və zəruri addımlar atılacağı istisna edilmir.

Xəbəri paylaş

VİDEOLAR