Hindistan-Pakistan sərhədində gərginlik davam edir

Hindistan-Pakistan sərhədində gərginlik davam edir

Hindistan ilə Pakistan arasındakı gərginlik fonunda iki ölkə sərhədində atəşkəs artıq beşinci gecədir ki, pozulur.

Az.rasthaber.com xəbər verir ki, heç bir tərəf itkilərin olub-olmaması barədə isə məlumat yaymayıb.

Bu arada “Economic Times” qəzetinin hökumət mənbələrinə istinadən verdiyi xəbərə görə, Hindistan Pakistan üçün hava məkanını və limanlarını bağlamağı nəzərdən keçirir.

Əgər bu qərar reallaşsa, Pakistan Cənub-Şərqi Asiyaya uçuşlar üçün marşrutlarını Çin və ya Şri-Lanka üzərindən dəyişməyə məcbur olacaq.

Xəbəri paylaş

VİDEOLAR