Hindistan ordusundan əməliyyat səhvi: Dinc insanlar qətlə yetirildi

Hindistan ordusundan əməliyyat səhvi: Dinc insanlar qətlə yetirildi

Bu barədə 3-cü Ordu Korpusunun mətbuat xidməti məlumat yayıb.

Az.rasthaber.com "Oxu.az"-a istinadən xəbər verir ki, Hindistan ordusunun ölkənin şərqindəki Naqaland ştatında keçirdiyi xüsusi əməliyyat zamanı 14 nəfər, o cümlədən 13 mülki şəxs həlak olub.

Məlumata görə, ordu qadağan olunmuş Naqaland Milli Sosialist Şurasının üzvlərini pusquya salıb, lakin səhvən kömür mədənindən yerli işçilərin evə döndüyü pikapı atəşə tutub.

Naqalandın baş naziri Neifiu Rio həlak olanların ailələrinə başsağlığı verib və yüksək səviyyəli komissiyanın məsələni araşdıracağını bildirib.

Xəbəri paylaş

VİDEOLAR