Hindistan hərbçiləri 11 yaşlı pakistanlı qızı qətlə yetirdi

Hindistan hərbçiləri 11 yaşlı pakistanlı qızı qətlə yetirdi

Bu barədə Pakistan ordusu məlumat yayıb.

Rasthaber Azərbaycan xəbər verir ki, Hindistan hərbçilərinin Kəşmirdəki nəzarət xəttində başlatdığı “nizamsız atışma” nəticəsində 1 dinc sakin dünyasını dəyişib, 4 nəfər isə yaralanıb.

Bu barədə Pakistan ordusu məlumat yayıb.

Bildirilir ki, Hindistan hərbçiləri Hotsprinq və Raxçikri sektorlarıda dinc əhalini avtomat və minaatanlardan atəşə tutub.

Nəticədə 11 yaşlı qız həlak olub, 75 yaşlı qadın və iki oğlan uşağı da olmaqla, 4 dinc sakin yaralanıb.

Pakistan ordusu hücumun həyata keçirildiyi Hindistan postlarına cavab atəşi açıb.

Xatırladaq ki, Hindistan 2019-cu ilin avqustunda nəzarətində saxladığı Kəşmirin xüsusi statusunu ləğv etdikdən sonra iki ölkə arasındakı münasibətlər pisləşməyə başlayıb.

Xəbəri paylaş

VİDEOLAR