Ermənistan Gəncə, Bərdə və digər şəhərlərə ballistik raketlər ataraq əsl üzünü göstərdi.
Rasthaberin məlumatına görə, bu barədə özünü “Twitter” səhifəsində Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev yazıb.
Onun sözlərinə görə, Ermənistan XİN belə bir davakar bəyanatla və uydurmaya əsaslanaraq Azərbaycanda mülki insanlara qarşı hücumlar üçün zəmin hazırlayır: “Ermənistan terrorizmi dəstəkləyən bir dövlət olaraq Gəncə, Bərdə və digərlər şəhərlərə “Smerç” və “SCUD” ballistik raketlərini ataraq əsl üzünü göstərdi”.