Silahlı Qüvvələrin Baş Qərargahı Prezidenti daşıyan helikopter qəzasının ölçüləri və səbəblərini araşdıran Ali Komissiyanın ilkin hesabatını dərc edib.
Az.rasthaber.com xəbər verir ki, hesabatda bildirilir: Qəzaya səbəb ola biləcək müxtəlif ixtisaslaşmış, texniki və ümumi sahələr üzrə məlumatların əhəmiyyətli hissəsi toplanıb.
Bəzi işlərin qəti rəy üçün nəzərdən keçirilməsi daha çox vaxt tələb edir, bəzi məsələləri isə əminliklə söyləmək olar və onlara işarə olunur:
1. Helikopter əvvəlcədən planlaşdırılan marşrut üzrə uçuşunu davam etdirib və qəzaya təxminən 90 saniyə qalmışa qədər təyin olunmuş marşrutdan kənara çıxmayıb.
2. Qəzaya uğrayan helikopterin pilotu uçuş qrupunun digər iki helikopteri ilə əlaqə saxlayıb.
3. Qəzaya uğrayan helikopterin qalan komponentlərində güllə izləri və ya oxşar hallar aşkar edilməyib.
4. Qəzaya uğrayan helikopter yüksəkliyə dəydikdən sonra alovlanıb.
5. Ərazinin mürəkkəbliyi, duman və temperaturun aşağı olması səbəbindən axtarış əməliyyatı gecə saatlarına qədər uzanıb və gecə boyu davam etdirilib. Bazar ertəsi səhər saatlarında (səhər saat 5-də) (İrana məxsus) pilotsuz təyyarələrin köməyi ilə qəzanın dəqiq yeri müəyyən edilib və axtarış əməliyyatlarının quru qüvvələri həmin yerə gəliblər.
6. Gözətçi qülləsinin uçuş heyəti ilə danışıqlarında heç bir şübhəli hal müşahidə edilməyib.
Sözügedən helikopter qəzası ilə bağlı sənədlərin əhəmiyyətli hissəsi toplanıb, bəzi hissələri və sənədləri nəzərdən keçirmək üçün daha çox vaxt lazımdır. Hərtərəfli, ixtisaslı və ekspert işindən sonra növbəti bildirişlərdə İranın şərəfli və inqilabçı xalqına məlumat veriləcək.